“Zəngəzur  tuneli” yaradılsın - Ekspert

16:17 02.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənilərin Azərbaycana, azərbaycanlıların Ermənistana qayıdışı parallel şəkildə təşkil olunsun. Bu dövlət səviyyəsində, sülh müqaviləsi imzalanandan sonra, əhali mübadiləsi adı ilə həyata keçirilsin”.

Bunu hafta.az-a iqtisadçi alim Ağasəf İmran ermənilərin Qarabağa qaytarılması ilə bağlı Avropada, beynəlxalq təşkilatlarda yaradılan “səs-küy” lə bağlı açıqlamasında bildirib.

Onun fikrincə, əhalinin ümumi köç sayı nəzərə alınmalıdır. Ermənistandan köçən azərbaycanlıların sayı 300 min, ermənilərin sayı dedikləri kimi 100 mindirsə əhali mübadiləsi də 3-ün 1-ə nisbətində olmalıdır.

“Bu, kim istəyir gedir, kimin kefi istəyir qayıdır şəklində olmamalıdır. Hər iki tərəf müstəqil dövlətdə yaşadığı üçün bu məsələyə də dövlət qanunları səviyyəsində yanaşılmalıdır”

A.İmran hesab edir ki, bu qayıdşın təşkil olunması sülhlə bağlı mühüm reallıqları da həll edə bilər. Onun fikrincə, “əhali mübadiləsi” təcrübəsi var və bu, Türkiyə ilə Yunanıstan müharibəsindən sonra həyata keçirilib. Bu beynəlxalq praktikada var. Məsələ dövlət səviyyəsində həll olunmalıdır, yoxsa hansısa qaçmış erməninin istəyi ilə yox.

A.İmran eyni zamanda bu gün Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli məqamları aradan qaldırmaq məqsədi ilə “tunel prinsipi”nin tətbiq edilməsini təklif edib.

“Zəngəzur “yerüstü tunel” formasında olsun. Nə dəhliz, nə yol olmasın. Qatar tunelə daxil olandan çıxana qədər kimsə ona nəzarət edə bilmədiyi kimi, “Zəngəzur Tuneli”nə də heç bir dövlətin nəzarəti olmasın. Hər iki tərəfdən müxtəlif üsullarla bəndlər çəkilsin və girişdən çıxışa qədər nə düşən, nə çıxan, nə də bir nəzarət edən olmasın. Tunel nəzarətsiz zona kimi istifadə olunsun. Bu yol hamıya sərfəlidir. Bütün dövlətlərin maraqları burda ödəniləcək”.

A.İmran bununla da Azərbaycanın Naxçıvana və digər ərazilərə sərbəst çıxışı, gəlişinin təmin olunmasına diqqət çəkib. O, dövlətlərin maraqları toqquşduğu üçün Zəngəzur yolunun alınmadığını qeyd edərək, hələlik bu versiyanın müzakirə olunmasını mümükün sayıb. Onun fikrincə, “Zəngəzur tuneli”  hər yerdə olan “açıq iqtisadi zonalar” kimi funksiya daşıya bilər.

Ekspert hesab edir ki, əgər “Zəngəzur tuneli” bu gün işə düşərsə,  bir neçə ildən sonra münasibətlər yaxşılaşa və perspektivdə məsələyə yenidən baxılıla bilər.

Siyasət rubrikasından digər xəbərlər